Giorgi Qaxaria dövlət məmurlarını professiyonal günləri ilə təbrik edir
Giorgi Qaxaria dövlət məmurlarını professiyonal günləri ilə təbrik edir

Giorgi Qaxaria dövlət məmurlarını professiyonal günləri ilə bağlı təbrik edir.

“Bugün dövlət məmurları günüdür. Onların hər birini professiyonal günləri münasibəti ilə təbrik edirəm və müasir Gürcü dövlətinin inşaatına etdikləri professiyonal qatqıya görə təşəkkür edirəm.

Xüsusi ilə də, pandemiya ilə mübarizə prosesinin ən çətin dövründə iştirak edənlərə təşəkkür edirəm.

Əminəm ki, birgə əməkdaşlığımız nəticəsində, bu krizisdən çıxa biləcəyik və sürətli inkişafımıza davam edəcəyik.

Dövlət məmurlarına yenə bir daha təşəkkür edirəm və onlara ölkəyə etdikləri xidmətdə, professiyonal tərəqqi və müvəffəqiyyətlər arzulayıram” – dedi Giorgi Qaxaria.