Giorgi Qaxaria - Bugün Gürcüstanın yaxın tarixinin ən önəmli günüdür, Strasburq Məhkəməsində Gürcüstanın Rusiyaya qarşı davası Gürcüstanın qələbəsi ilə başa çatdı
Giorgi Qaxaria - Bugün Gürcüstanın yaxın tarixinin ən önəmli günüdür, Strasburq Məhkəməsində Gürcüstanın Rusiyaya qarşı davası Gürcüstanın qələbəsi ilə başa çatdı

Gürcüstanın Rusiyaya qarşı açdığı məhkəmə davası Gürcüstanın qələbəsi ilə başa çatdı, – bu bəyanatı Gürcüstanın baş naziri öz “Facebook” səhifəsindən yayır.

“Bugün Gürcüstanın yaxın tarixinin ən önəmli günüdür, Strasburqun Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyaya qarşı Gürcüstanın qələbəsi ilə başa çatdı! Bu hər birimizin qələbəsidir!” – yazır Giorgi Qaxaria.

Strasburq Məhkəməsi 2008-ci ilin avqust muharibəsi ilə bağlı Gürcüstanın leyhinə qərar verdi. Məhkəmənin böyük palatası tərəfindən təsdiqləndi ki, 2008-ci ildə, Rusiya qeyri-qanuni şəkildə, Gürcüstan ərazisinə daxil olaraq, gürcülərə qarşı etnik təmizlənmə həyata keçirdi.