Gürcüstanın baş naziri Giorgi Qaxaria Beynəlxalq Valyuta Fondunun (İMF) idarəçi direktoruna və icraçı direktorlar şurasına təşəkkür edir.
Baş nazir öz “Tvitter” səhifəsində qeyd edir ki, Beynəlxalq Valyuta Fondu tərəfindən həyata keçirilən proqramın 200 milyon ABŞ dolları ilə artırılması beynəlxalq donordan çox önəmli bir mesajdır.
Gürcüstan üçün 200 milyon ABŞ dollarının ayrılması ilə bağlı icraçı direktorlar şurası tərəfindən verilən qərara “Tvitterdən” Beynəlxalq Valyuta Fondunun icraçı direktoru də səsləndi.
Kristalina Georgieva, Gürcüstanda koronavirusla mübarizə çərçivəsində, səhiyyə sektorunda büdcə xərclərinin artırılması qərarını salamlayır.