Giorgi Qaxaria - Beynəlxalq terorizm faktı ilə üzləşdik və bu məsələ ilə bağlı digər ölkələrdə də istintaq aparılır
“Beynəlxalq terorizm faktı ilə üzləşdik və bununla bağlı, istintaq tədbirləri digər ölkələrdə də həyata keçirilir” – bu bəyanatı Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria dünən Beri Qabriel Salosi küçəsində keçirilən xüsusi əməliyyatla bağlı verdi.
Nazirin dediyinə görə, istintaq başa çatana qədər müxtəlif versiyalar bildirməkdən və mənasız müzakirələrdən baş qaçırdmalıyıq.
“Kimsənin yanlış interpretasiya etməyə haqqı yoxdur. Müzakirə etmək təbii ki, olar, ancaq istintaq başa çatana qədər müxtəlif yanlış versiyalar yayılmasa daha yaxşı olar. Söhbət beynəlxalq terorizmdən gedir və bu məsələ ilə bağlı digər ölkələrdə də istintaq aparılır” – dedi Qaxaria.