Giorgi Qaxaria - Balansı qorumaq istəyirik ki, narkosiyasətə qarşı humanist yanaşma narkotiklərin təşviqinə səbəb olmasın
Giorgi Qaxaria - Balansı qorumaq istəyirik ki, narkosiyasətə qarşı humanist yanaşma narkotiklərin təşviqinə səbəb olmasın

“Narkosiyasət haqqında disskussiya vaxtda uzanır, ancaq bu heç də vəziyyətin düzəlməsinə yardımçı olmur” – bu barədə bəyanatı Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria idarələr arası komisiyanın iclasında verdi.

“Biz bunu statistik göstəricilərə dayanaraq, deyirik. Xüsusi ilə də, ölkəyə narkotik maddələrinin gətirilməsi ilə bağlı vəziyyət real artma risklərini daşıyır. Humanist siyasətin doğruluğunu da qəbul edirik, ancaq onu da qeyd etmək istəyirəm ki, narkosiyasətə doğru humanist yanaşma balanslaşdırılmış olmalıdır ki, bu humanistlik narkotikdən istifadə prosesinin təşviqinə bənzəməsin” – dedi baş nazir.

Onun dediyinə görə, məsələnin müzakirəsi bütün idarələrin iştirak etdiyi bir platformada keçirilməlidir.