Qiorqi Qaxaria - artıq xaos, qeybət , küçədə yürüş vaxtı deyil, əmək vermək vaxtıdır və əgər kimsə bunu edə bilmirsə, gənclərə yol versin
Qiorqi Qaxaria - artıq xaos, qeybət , küçədə yürüş vaxtı deyil, əmək vermək vaxtıdır və əgər kimsə bunu edə bilmirsə, gənclərə yol versin

 

“Gürcüstan Naminə ” partiyasının sədri Qiorqi Qaxaria Martvilidə əhali ilə görüşdü.

Onun əhali ilə görüş zamanı dediyi kimi, qeybət və xaos vaxtı deyil, əmək vermək vaxtıdır və əgər kimsə bunu edə bilmirsə, gənclərə yol verməlidir.

“Qeybət , mitinqlər, küçədə yürüş, xaos vaxtı deyil, əmək vermək vaxtıdır və əgər kimsə bunu edə bilmirsə, gənclərə yol verməlidir. O qədər yaxşı gənc var ki və bəzən Gürcüstanda kadr problemi olduğunu deyirlər. Gürcüstanda kadr problemi yoxdur, bunun şahidi mənəm. İstər iqtisadiyyat naziri, istər daxili işlər naziri, istərsə də baş nazir olduğum dövrdə, insan tapmaqda çətinlik çəkməmişəm. Əsas odur ki, qohum, qonşu, əmiuşağı axtarma layiqli, savadlı, vicdanlı bir insan axtar. Şübhəsiz tapacaqsan, çünki belə insanlar çoxdur. Kimisi xaricdə, kimisi burada işini görür və ümumiyyətlə səs-küyə ehtiyyac yoxdur. İnsanlar sadəcə olaraq ümidsizlikdən, qeyri-müəyyənlikdən, xaosdan yorulublar ” -deyə Q.Qaxaria Martvili sakinləri ilə görüşü zamanı bildirib.