Giorgi Qaxaria - 1800 qaçqın ailəsi, təqribən 6 min nəfər, yaşayış mənzilini gözlənilən müddətdən üç il öncədən alacaq
1800 qaçqın ailə, təqribən 6 min nəfər yaşayış mənzilini gözlənilən müddətdən üç il öncədən alacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria eveloper sektorunun dəstək anti-krizis planının təqdimatında verdi.
Onun dediyinə görə, qaçqınların diqqətdən kənar qaldıqları ilə bağlı suallar son zamanlar çoxalmışdı.
“Qaçqınları yaşayış mənzili ilə təmin etmək üçün hökümət ilin sonuna qədər 150 milyon lari ayıracaq və inşaat şirkətlərinə birbaşa dəstək veriləcək” – dedi baş nazir.