Qiorqi Amilaxvari Samtsxe-Cavaxeti bölgəsinin müəllimləri ilə görüş keçirib
Gürcüstanın Təhsil və Elm naziri Qiorqi Amilaxvari müəllimlərlə görüşlərini davam etdirir. Nazir bu dəfə Axaltsixe, Adigeni, Borjomi və Aspindza majoritar deputatı Anton Obolaşvili və yerli hakimiyyət nümayəndələri ilə birlikdə, Samtsxe-Cavaxeti bölgəsinin 400-ə yaxın müəllimi ilə görüş keçirib və yenikiliklər haqqında onları şəxsən məlumatlandırıb.
Görüşdə Qiorqi Amilaxvar müəllimlərə dəstək məqsədilə həyata keçirilən və planlaşdırılan təşəbbüslərdən danışıb. Həmçinin, nazir, müəllimləri yeni əməkhaqqı siyasəti, müəllimlərin peşəkarlığının artırılması və məktəbin avtonomiyasının gücləndirilməsi baxımından atılacaq addımlarla tanış edib.
Söhbətdə müxtəlif aktual məsələlərə toxunulub. Konkret olaraq, etnik azlıqları təmsil edən müəllimlərə dəstək göstərilməsi, məktəblərin maliyyələşdirilməsi, müəllimlərin saatlıq dərs yükü və s. Görüş zamanı müəllimlər onları maraqlandıran məsələlərlə bağlı sual vermək və birbaşa nazirdən ətraflı məlumat almaq imkanı əldə ediblər.
Qeyd edək ki, Qiorqi Amilaxvarinin təşəbbüsü ilə müəllimlərin üzləşdiyi problemləri vaxtında aradan qaldırmaq və onların müvafiq qərarların qəbul edilməsi prosesində fəal iştirakını təmin etmək məqsədilə bütün ölkə üzrə mərhələli şəkildə müəllimlərlə görüşlər keçiriləcək.
Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev