Gürcüstanın Təhsil və Elm naziri, Giorgi Amilaxvari ümumi təhsilin inkişafı üzrə işçi qrupunun üzvləri ilə birlikdə, məktəb müəllimləri ilə görüşlərə başladı.
Təhsil Nazirlin məlumatına görə, 150-yə yaxın müəllimin iştirak etdiyi ilk işçi görüşdə nazir, işçi qrupunun üzvləri və müəllimlər pedaqoqların ixtisasartırma sxeminin təkmilləşdirilməsi, məktəblərdə mövcud çağırışlar və onların həlli yollarını müzakirə etdilər.
Qeyd olunasıdır ki, ümumi təhsilin inkişaf qrupu tədris prosesinin təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin inkişafına təkan vermək baxımından məktəblərdə fəal işləyir. Qrupa Giorgi Amilaxvari özü rəhbərlik edir, koordinasiyanı isə, filoloq doktoru və pedaqoq Giya Murğuliya aparır.
Məktəb pedaqoqları ilə fəal kommunikasiya davam edəcək və görüşlər daimi xarakter daşıyacaq.
Məlumatı Gürcüstanın Təhsil və Elm Nazirliyi yayır.