Qiorqi Amilaxvari gəncləri milli imtahanlardan uğurla keçmələri münasibətilə təbrik edir
Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari gəncləri vahid milli imtahanları uğurla verərək tələbə adını qazanmaları münasibətilə təbrik edir.
“Əzizlərim, tələbə adını qazanmağınız münasibətilə təbrik edirəm və həyatınızın bu yeni, çox vacib, macəra və imkanlarla dolu mərhələsində uğurlar arzulayıram.
İnanıram ki, siz universitet divarları arasında məktəblərdə əldə etdiyiniz bilikləri daha da dərinləşdirəcək, gələcəkdə isə öz peşəkarlığınız və qayənizlə Gürcüstanın daha yaxşı gələcəyinin qayğısına qalmağa başlayacaqsınız!
Hər birinizə dostluq əlimi uzadıram və sizə heç vaxt çətinliklərdən qorxmamağı və onları fürsətə çevirməyi məsləhət görürəm. Bu, uğurun və tərəqqinin vacib şərtlərindən biridir.
Şəxsən mən təhsil və elm naziri kimi hər birinizin qarşısında öz məsuliyyətimi və öhdəliyimi tam şəkildə qəbul edirəm və tələbəlik dövrünüzün maraqlı, akademik cəhətdən imkanlarla dolu olması üçün əlimdən gələni edəcəyəm”- Amilaxvari bildirib.
Bundan başqa, Təhsil və Elm Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin milli imtahanları nəticəsində 34 843 abituriyent tələbə adını qazanıb.