Gigi Tsereteli ATƏT-in Parlament Assambleyasının prezidenti seçildi
Gürcüstan parlamentinin üzvü və “Avropa Gürcüstanı”-nın liderlərindən biri Gigi Tsereteli ATƏT-in Parlament Assambleyasının prezidenti seçildi.
Bu qərar Berlində, Parlament Assambleyasınnı 27-ci sessiyasında qəbul edildi.
Tsereteli ATƏT-in Parlament Assambleyasının prezidenti vəzifəsini, Kristen Mutonenin partiyasının parlament seçkilərinə məğlub olması nəticəsində, vəzifəsini tərk etməli olmasından sonra, müvəqqəti olaraq, 2017-ci ilin noyabrından tuturdu.
“Belə miqyaslı beynəlxalq təşkilatda ölkəmizin nümayəndəsinin bu nailiyyəti böyük müvəffəqiyyətdir” – deyilir “Avropa Gürcüstanı”-nın bəyanatında.
Gigi Tsereteli qeyd olunan vəzifəyi rəsmi olaraq, Parlament Assambleyasının 2019-cu sessiyasına qədər tutacaq.