Qiqa Bokeria-Tbilisi və rayonlarda merliyə və sakrebulo sədrliyinin bir sıra namizədlərinə dair razılaşma olmalıdır, siyasi partiyaların spektri təqdim olunmalıdır
Qiqa Bokeria-Tbilisi və rayonlarda merliyə və sakrebulo sədrliyinin bir sıra namizədlərinə dair razılaşma olmalıdır, siyasi partiyaların spektri təqdim olunmalıdır

 

“Avropalı Gürcüstan”-ın lideri, Qiqa Bokeria bildirir ki, Qiorqi Vaşadzenin bəyanatının pafosu ilə razılaşmır, xatırladaq ki,  Vaşadze “Quruculuq Strategiyası”-nın  seçki qabağı Milli Hərəkatla heç bir əməkdaşlıq etməyəcəyini bildirmişdi.

Onun sözlərinə görə, Tbilisi və Tbilisidən kənarda merliyə və sakrebulonun sədrliyinə nəyin ki bir, əksinə bir sıra namizədlərə dair razılaşma olmalıdır.

“Bu pafosla razılaşmıram. O zaman hər kəs digər partiya ilə əlaqədar məsələni belə irəli sürəcək. Təəssüflər olsun ki, Vaşadzenin bəyanatı razılaşmanın əldə olunmamasına istiqamətlənib. Tbilisi və Tbilisidən kənarda merliyə və sakrebulonun sədrliyinə nəyin ki bir, əksinə bir sıra namizədlərə dair razılaşma olmalıdır. Orada siyasi partiyaların spektri olacaq və olmalıdır da. Əlbətdə , o cümlədən Milli Hərəkat da. Məsələni bu şəkildə qaldıran hər kəs demokratik müxalifət daxilində bu cür əməkdaşlığı niyə təşviq etməmələri üçün bəhanələr axtarır və əvvəlcədən deyir .Bu əməkdaşlıq İvanişvili rejiminin məğlubiyyəti üçün zəruridir.

Tbilisi, eləcə də bir sıra şəhər və rayonlarda, mən hamsını nəzərdə tutmuram, fikrimcə merliyə, sakrebulo sədrliyinə və majoritar namizədlərə dair koordinasiya zəruridir. Orada demokratik müxalifətin spektri təqdim olunacaq. Onlar arasında Avropalı Gürcüstan, Droa, Milli Hərəkat olacaq, həmçinin ümid edirəm Lelo da olacaq. Eləcə də növbədənkənar seçkilər və bu ölkənin böhrandan çıxmasına başlamağımızı istəyənlər. Əvvəlcədən minaların qoyulmasına hesablanan bütün digər bəyanatları siyasətçilərin düşüncə və öhdəlikləri olaraq müzakirə edə bilərik”-deyə Bokeria qeyd edib.