Giqa Bokeria - Müxalifətin məqsədi ölkədə avtoritarizmin növbəti fazaya keçməsinin qarşısını almaqdır
Giqa Bokeria - Müxalifətin məqsədi ölkədə avtoritarizmin növbəti fazaya keçməsinin qarşısını almaqdır

Müxalifətin məqsədi ölkədə avtoritarizmin növbəti fazaya keçməsinin qarşısını almaqdır, – bu bəyanatı “Avropa Gürcüstanının” lideri Giqa Bokeria “Leyborist partiyasının” ofisində partiyaların görüşündən sonra verdi.

Onun dediyinə görə, müxalifət nümayəndələrinin əksəriyyətinin mövqeyi növbədənkənar seçkilərin keçirilməsidir.

“Diktaturaya doğru gediş ölkə üçün böyük bir təhlükədir. Ona görə də, istər sülh yolu ilə, istər inqilabla, diktaturanın qarşısı alınmalıdır. Bu vəziyyətdə isə, yeganə doğru yol normal bir növbədənkənar seçkilərin keçirilməsidir”, – dedi Giqa Bokeria.