Qiqa Bokeria - “Milli Hərəkat”ın davranışı, prinsipsizliyi, ardıcılsızlığı, siyasi məzmuna malik olmaması İvanişvili rejiminin işinə yarayır
“Milli Hərəkat”ın davranışı, prinsipsizliyi, ardıcılsızlığı, siyasi məzmuna malik olmaması status-kvo və İvanişvili rejiminin işinə yarayır-bu barədə “Avropalı Gürcüstan”ın lideri Qiqa Bokeria açıqlayıb.
Bokeria yeganə alternativ kimi “Milli Hərəkat”ın təqdim edilməsinin “Gürcü Arzusu”nun işinə yaradığını bildirir.
“Əgər bu dəyişməzsə, rejimi məğlub etmək və ölkəni bu bataqlıqdan çıxarmaq mümkün olmayacaq, ya çox çətin olacaq, ya da çox baha başa gələcək. “Milli Hərəkat” daxilində münaqişə, eləcə də son illərdə bu partiya daxilində baş verən bütün hadisələr heç bir dəyər, baxış, heç bir vacib məsələ ilə bağlı müzakirə aparılmadığının sübutudur. Yalnız şəxsi qarşıdurmalar, qara yaxmaq, bir-birinə böhtan atmaq. “Gürcü Arzusu” nun olduğu kimi bu insanlar məzmunca eyni davranıblar” –deyə Bokeria açıqlayıb.