Giqa Bokeria - Gürcüstanın özünü müdafiyə imkanlarının gücləndirilməsi üçün atılan hər addım, ölkəmizin uzun müddətli sülh şanslarını artırır
Giqa Bokeria - Gürcüstanın özünü müdafiyə imkanlarının gücləndirilməsi üçün atılan hər addım, ölkəmizin uzun müddətli sülh şanslarını artırır

Parlament azlığının üzvü Giqa Bokerianın bəyanatına görə, ABŞ iqtidarı tərəfindən tanklara qarşı raket komplekslərinin Gürcüstanın Silahlə qüvvələrinə verilməsi çox müsbət bir addımdır.

Bokerianın dediyinə görə, ərazi müdafiyəsinə keçmə prosesi 2011-ci ildə Amerika və Gürcüstan prezidentlərinin görüşündən sonra addım-addım başladı.

“Bu çox müsbət bir addımdır, ancaq təəssüf ki, Gürcüstan iqtidarının ölkənin özünü müdafiyə qabilləyinin gücləndirilməsi ilə bağlı konkret bir planı yoxdur.

Rusiyanın reaksiyasına gəlincə, o çox da önəmli deyil. Nəzərə almalıyıq ki, Gürcüstanın özünü müdafiyə imkanlarının gücləndirilməsi üçün atılan hər bir addım, ölkəmizin uzun müddətli sülh şanslarını artırır”, – dedi Bokeria.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Gürcüstana Javelin – raketə qarşı kompleksin verilməsini dəstəklədi.