Giqa Bokeria - Beşinci raund üçün hazırıq, iqtidara yeddi kompromis təqdim etdik
Giqa Bokeria - Beşinci raund üçün hazırıq, iqtidara yeddi kompromis təqdim etdik

Biz beşinci raund üçün hazırıq, iqtidara bir neçə kompromis təqdim etdik, – bu barədə bəyanatı “Avropa Gürcüstanının” lideri Giqa Bokeria verdi.

Giqa Bokerianın dediyinə görə, müxalifət arasında tez-tez məsləhətləşmələr aparılır və xüsusi yenilik yoxdur.

“Təqdim etdiyimiz kompromislər normal seçkilərin keçirilməsi və seçki sistemində fundamental dəyişikliklərlə bağlıdır. Danışıqlar bizi növbədənkənar, normal seçkilərə doğru aparan instrumentdir. Əgər İvanişvili rejimi ağıla gəlməsə, onun üçün və ölkə üçün çox pis ssenari görünür. Ona görə də bizim məqsədimizdir ki, bu nəticənin əldə edilməsi üçün bütün legitim istrumentlərdən istifadə edək” – dedi Giqa Bokeria.

Şalva Natelaşvili tərəfindən irəli sürülən “xalq parlamentinin” yaradılması ilə bağlı suala isə, Bokeria cavab verdi ki, bu məsələ haqqında məlumatı yoxdur.