Giga Avalianinin ölümü ilə bağlı cinayət işi üzrə daha bir nəfər saxlanılıb
Giga Avalianinin ölümü ilə bağlı cinayət işi üzrə daha bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Giga Avalianinin ölümü ilə bağlı cinayət işi çərçivəsində daha bir nəfər saxlanılıb.
Bildirilib ki, saxlanılma Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsi ilə həyata keçirilib. Həmin maddə cinayət barədə məlumat verməməyi nəzərdə tutur.
Mövcud məlumata əsasən, bu ittihamla Giorgi Malania saxlanılıb.
Hazırda Giga Avaliani ilə bağlı cinayət işinin müxtəlif epizodları üzrə ümumilikdə beş nəfər təqsirli bilinib və onlar barəsində müxtəlif cəza tədbirləri tətbiq olunub.