Qida Qorunmasının Milli Agentliyi, limonad istehsal edən dörd müəssissənin fəaliyyətini dayandırdı
Qida Qorunmasının Milli Agentliyi dörd müəssisənin fəaliyyətini dayandırdı.
Agentliyin mütəxəssisləri, ölkə miqyasında, alkoholsuz içəcəkləri istehsal edən müəssisələrin yoxlayışını həyata keçirirlər və sanitar-higiena şəraitlərini dəyərləndirirlər.
Agentliyin verdiyi məlumata görə, müəssisələrin yoxlanışı prosesində məlum oldu ki, iri və kiçik müəssisələrin əksəriyyəti gərəkən standartları qane edir, ancaq, bəzi müəssisələrdə müəyyən problemlərin aşkarlanmasına görə, onların fəaliyyəti dayandırıldı. Bunların arasında MMC “Vivos” və “MMC” Texnoplast” var.
Cari ildə, Qida Qorunmasının Milli Agentliyi ölkə miqyasında, alkoholsuz içəcəkləri istehsal edən 37 müəssisənin yoxlayışını keçirdi.
Etiketləmə qaydasının pozulduğu üçün 9 biznes-operator cərimələndi. Onların arasında, 4 biznes-operatorun fəaliyyəti dayandırıldı – MMC VIVA (Tbilisi), MMC “Bara-bu” (Rustavi), özəl sahibkar Koba Mirvelaşvili (Qurcaani), MMC “Texnoplast 2010” (Tbilisi).
Agentlik, alkoholsuz içəcəklərin yoxlanışına davam edir.