Gia Volski - Şəhər merinin yetərli qədər dözümü olmalıdır və hər şeyə qanuni şəkildə yanaşmalıdır
Gia Volski - Şəhər merinin yetərli qədər dözümü olmalıdır və hər şeyə qanuni şəkildə yanaşmalıdır

Parlamentin vitse-spikeri Gia Volskinin bəyanatına görə, şəhərinin merinin daha çox dözümü olmalıdır və hər şeyə hüquqi yanaşmalıdır.

Jurnalistlərlə söhbət zamanı Gia Volski Marneuli meri Temur Abbazovun həbs edilməsi məsələsinə səsləndi.

“Aksiyalarda belə iyrənc sözlər və təhqirlər qadağan edilməlidir, ancaq şəhərin meri, ona görə merdir ki, daha çox dözümü olsun və bu məsələyi hüquqi yollarla həll etsin” – dedi Gia Volski.

Gia Volskinin dediyinə görə, istintaq başa çatana qədər, suçsuzluk prezumpsiyası pozulmamalıdır və bəyanatlar daha sonraya saxlanmalıdır.

“İstintaq nəticəsini gözləyək və müvafiq bəyanatları ondan sonra verək” – dedi Volski.