Qia Volski - rus aviaşirkətinin Abxaziya və Sxinvalini müstəqil dövlət olaraq bəhs edildikləri siyahıdan çıxarması yaxşı haldır
Rusiya Federasiyasının şirkətindən Gürcüstanın müstəqillik şüarları ilə uçacağını gözləməməliyik-bu barədə vitse-spiker Qia Volski bildirib.
Volski bu məsələ ilə bağlı qərarın qəbul edilməsinin fakt olduğunu, Abxaziya və Sxinvalinin müstəqil dövlət olaraq bəhs edildikləri siyahıdan çıxarılmasının yaxşı hal olduğunu açıqlayıb.
“Əsas odur ki, şirkətlər sanksiyalaşdırılmış olmasın. Bu gün Rusiyanın büdcəsindən qidalanan şəxsin bu şirkətə sanksiya tətbiq etməkdən danışması bugünkü reallıqla uzlaşmır”- deyə Volski açıqlayıb.
“Azimuth” rus aviaşirkəti Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş -Abxaziya və Cənubi Osetiya bölgələrini ölkələr siyahısından çıxarıb.