Qia Volski - nə üçün Uqulava və ya başqası Strasburq məhkəməsi tərəfindən dəstəklənəcəyini fikirləşirdi ?, büdcədən ciddi miqdarda vəsait oğurladığını özləri də bilirlər
Nə üçün Uqulava və ya başqası Strasburq məhkəməsi tərəfindən dəstəklənəcəyini fikirləşirdi? Büdcədən ciddi miqdarda vəsait oğurladığını özləri də bilirlər – bu barədə parlamentin birinci vitse-spikeri Qia Volski açıqlayıb.
Volski, Strasburq Məhkəməsinin qərarına əsasən Qiqi Uqulavanın həbsinin qanuni olması və heç bir siyasi motiv olmaması ilə bağlı Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən yayılan məlumatlara münasibət bildirib.
Volski, bunun ədaləti vurğulayan Strasburqun ilk qərarı olmadığını bildirib.
“Əgər bu, bəziləri üçün siyasi baxımdan məqbul deyilsə, Strasburq məhkəməsinin ciddi təhqir edildiyini ilk dəfə deyil ki, artıq neçənci dəfədir eşidirik. Bu halda, Qiqi Uqulava və ya başqası, onun vəkilləri nə üçün Strasburq məhkəməsi tərəfindən dəstəklənəcəyini fikirləşirdi ? halbuki onlar özləri də bunu bilirlər, deyiblər də və büdcədən külli miqdarda pul oğurladığını gizlətməyiblər. Bununla əlaqədar nə üçün məhkəməyə deyilməlidir ki, onun mühakiməsi siyasi karyerası və ya tutduğu vəzifə ilə bağlıdır. Bununla bağlı ictimaiyyətdə hər hansı əlavə sualın və ya Qiqi Uqulavanın özünün də əlavə sualları olduğunu düşünmürəm “- deyə Qia Volski açıqlayıb.