Qia Volski - "Milli Hərəkat" qeyri-sabitliyi təşviq edən fırıldaqçılıq sistemi yaratdı, hakimiyyəti güc yoluyla dəyişməyə çalışır, Salome Zurabişvili bu sistemin bir hissəsinə çevrildi
“Milli Hərəkat” hakimiyyəti güc yoluyla dəyişməyə, sabitliyin pozulmasına çalışan fırıldaqçılıq sistemi yaratdı. Salome Zurabişvili bu sistemin bir hissəsinə çevrildi-bu barədə parlamentin birinci vitse-spikeri Qia Volski açıqlayıb.
O, ictimaiyyətin gözü önündə baş verənləri və faktları təkzib edə bilmədiyini bildirir.
“Salome Zurabişviliyə “Milli Hərəkat”ın təsirinin hiss olunub-olunmamasını demək sadəlövh sualdır. “Milli Hərəkat” siyasi meydanda vəziyyəti sarsıtmağa və sabitliyi pozmağa, o cümlədən hakimiyyəti güc yoluyla dəyişməyə çalışan fırıldaqçı, aqressiv sistem yaratdı. Salome Zurabişvilinin cəmiyyətin bir hissəsinin, seçicilərinə yönəlik açıqlamalarını dinləsək, təhlil etsək bu sistemin bir parçasına çevrildiyini görərik. Bilərəkdən və ya bilməyərəkdən- bunu müzakirə etmək olar, lakin artıq faktı və gözümüzün qabağında baş verənləri inkar edə bilmərik. Mən sizə “Milli Hərəkat”ın mı, “Lelo”nun və ya “Quruculuq Strategiyası”nın mı hissəsi olduğunu dəqiq deyə bilmərəm”–deyə Qia Volski açıqlayıb.