Qia Volski - "Milli Hərəkat"ın adı qalıb, lakin vahid hərəkat artıq mövcud deyil
“Milli Hərəkat”ın adı qalıb, lakin vahid hərəkat artıq mövcud deyil-bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Qia Volski bildirib.
Onun sözlərinə görə, “Milli Hərəkat” nümayəndələri ölkədə sabitliyi pozmaq üçün kimin daha çox resursunun olması ilə bağlı bir-biri ilə yarışırlar.
“Milli Hərəkat”ın adı qalıb, lakin vahid hərəkat artıq mövcud deyil. Pis odur ki, cinayət deyilən, ağır cinayətlər dövründən heç kim ayrılmır, hamı bir-biri ilə yarışır ki, ölkədə sabitliyi pozmaq üçün kimin daha çox resursu var. Onlardan biri qurultay keçirən və vəziyyəti dəyişmək istəyən, digəri isə artıq qurultay keçirib Levan Xabeişvilini seçib”, – Qia Volski bildirib.