Gia Volski - Kimsə gözləməməlidir ki, Rusiya bizə sentimentlərlə dolu etiraf məktubu ilə cavab verəcək
“Kimsə gözləməməlidir ki, Rusiya bizə sentimentlərlə dolu etiraf məktubu ilə cavab verəcək” – bu bəyanatı parlamentin vitse-spikeri Gia Volski, Rusiya Xarici İşlər Nazirliyinin, Gürcüstanın baş naziri Kvirikaşvilinin müraciəti ilə bağlı verilən cavabını dəyərləndirərkən verdi.
Deputatın dediyinə görə, Rusiyanın siyasəti və yanaşması odur ki, güya konkret halda, əsas qərarı de-fakto iqtidarlar verirlər.
“Rusiyanın bu mövqeyi yeni deyil və təbii ki, onun bu məsələyə nəzarət etdiyinin etiraf edəcəyini gözləmirdik. Sadəcə olaraq, Gürcüstan əhalisinin əksəriyyətinin Rusiya ilə münasibətlərin düzəldilməsini dəstəklədiyini nəzərə alaraq, bizim tərəfimizdən qoyulan addımlar sentimentlərlə deyil, ölkəyi təhlükədən qorumaq niyyəti və təhlükələrin prevensiyası ilə şərtləndirilir.
Baş nazir Rusiyaya müraciət edərkən göstərdi ki, əgər 1000 kilometr keçilməlidirsə, ilk öncə birinci addım qoyulmalıdır. Dəyişən birşey yoxdur, sadəcə olaraq, Rusiyaya təklif etdiyimiz bəzi istiqamətlər daha kəskin oldu – dedi Volski.
“Mən Rusiyanın mövqeyinin vəkili deyiləm, amma Rusiyadan cavab olaraq, verilən bəyanatın sinik olduğu doğru deyil. Əlbəttə ki, Rusiya öz mövqeyini dəyişməyəcək və buna təəcüblənmək gərəkmir. Bizim mövqeyimiz də qətidir və Cenevrə formatının səviyyəsinin yüksəldilməsi məhzbizim marağımızdadır” – dedi Volski.
Rusiyanın Xarici İşlər Nazirliyi baş nazir Giorgi Kvirikaşvilinin müraciətinə martın 9-da cavab verdi.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, rəsmi Moskva Giorgi Kvirkaşvilinin müraciəti ilə diqqətli şəkildə tanış oldu və müraciətin müstət əhvali-ruhiyyəsini bəyəndi.