Gia Volski - Gürcüstanda dini və etnik səbəblərə görə münaqişə heçvaxt olmayıb, bu prinsipi pozan hərkəs ölkə və ənənələr qaşısında günahkardır
Gia Volski - Gürcüstanda dini və etnik səbəblərə görə münaqişə heçvaxt olmayıb, bu prinsipi pozan hərkəs ölkə və ənənələr qaşısında günahkardır

Parlamentin vitse-spikeri Gia Volski hesab edir ki, Buknari kəndində kimsə gərgin vəziyyətdə atəşə benzin tökməməlidir.

Volskinin dediyinə görə, hazırda tərəflərlə müvəffəqiyyətli danışıqlar aparılır, hansına konfessiyaların nümayəndələri də qoşulublar.

“Provokasiya ələmətləri də var və hərşey təhlükəsizlik baxımından müzakirə olunmalıdır.

Baş verən hadisələr Gürcüstanda əsrlər boyu davam edən adət-ənənələrə ziddir. Gürcüstanda din və milliyət məsələləri ilə bağlı münaqişələr heç vaxt olmayıb.

Gürcü kilsəsi, patriarxımız da bizə bunu öyrədir. Ənənəvi müxtəlifliyimizə qarşı çıxan hərkəs, ölkə qarşısında günahkardır” – dedi Volski.

Buknari kəndində xristian və müsəlman əhalisi arasında növbəti görüş bugün keçiriləcək. Görüşdə iqtidar nümayəndələri də iştirak edəcəklər.