Qia Volski -fikrimcə, Salome Zurabişvili reallığı yaxşı başa düşür, məhz bu səbəbdən o, Mixeil Saakaşvilini heç vaxt əfv etməyəcəyini açıqlamışdı
Qia Volski -fikrimcə, Salome Zurabişvili reallığı yaxşı başa düşür, məhz bu səbəbdən o, Mixeil Saakaşvilini heç vaxt əfv etməyəcəyini açıqlamışdı

 

Parlamentin birinci vitse-spikeri Qia Volski Gürcüstan Prezidenti Salome Zurabişvilinin cəmiyyətin böyük bir hissəsinin keçmiş prezident Mixail Saakaşviliyə münasibətinə qarşı çıxmayacağını və onu əfv etməyəcəyini bildirir.

Volskinin jurnalistlərə açıqladığı üzrə, Salome Zurabişvilinin Mixeil Saakaşvilini əfv etməsi “Milli Hərəkat”ın hakimiyyəti nəticəsində zərər görmüş xalq tərəfindən bağışlanmayacaq.

“Zurabişvili, tarix boyu çox ağır bir günah olaraq onu izləyəcək cinayət törətmiş şəxsə yönəlik cəmiyyətin olduqca böyük bir hissəsinin münasibətinə qarşı çıxmayacaq. Eyni zamanda, bu qəddarlığa görə ciddi təzyiqlərə məruz qalan, yaxınlarını, sağlamlığını, əmlakını itirən insanlar onlar tərəfindən seçilən prezidentin belə bir addım atmasını ona heç vaxt bağışlamayacaqlar. Fikrimcə, Salome Zurabişvili reallığı yaxşı başa düşür, məhz bu səbəbdən o, Mixeil Saakaşvilini heç vaxt əfv etməyəcəyini açıqlamışdı”-deyə Qia Volski açıqlayıb.