Gia Volski - Düşünmürəm ki, NDI-ın tədqiqatındaki suallar düz qoyulub
Parlamentin vitse-spikeri Gia Volskinin bəyanatına görə, majoritar deputatların tanınması ilə bağlı problem sadəcə Gürcüstanda deyil, bütün dünyada mövcuddur.
Jurnalistlərlə söhbət zamanı Gia Volski NDI-ın siyasi tədqiqatının nəticələrini şərhləndirdi və qeyd etdi ki, NDI-ın tədqiqatlarına qarşı skeptisiszm 2012-ci ildən yaranıb.
Onun dediyinə görə, seçicilərin əksəriyyətinə majoritar deputatların yardımı lazım olmayıb, ona görə də onları tanımırlar.
“Hər bir majoritar bilməlidir ki, əhali ilə tez-tez görüşmək lazımdır və buna NDI-ın tədqiqatları lazım deyil. Parlament tribunası elə bir yer deyil, harda ki, problemlərin həlli yolları müzakirə edilir. Strukturlar və vətəndaş sektorları ilə intensiv əlaqədə olmalıyıq. İşimizin qaydasına diqqət yetirməyimiz gərəkdiyini bilməyimiz üçün NDI-ın tədqiqatları lazım deyil” – dedi Gia Volski.