Qia Baramidze - Qivi Tarqamadze "Milli Hərəkat"ın üzvü deyil və "Milli Hərəkat" adından danışa bilməz
Qia Baramidze - Qivi Tarqamadze "Milli Hərəkat"ın üzvü deyil və "Milli Hərəkat" adından danışa bilməz

Siz yaxşı bilirsiniz ki, Qivi Tarqamadze “Milli Hərəkat”ın üzvü deyil və “Milli Hərəkat” və ya başqa bir partiyanın adından danışa bilməz-bu barədə “Milli Hərəkat”ın üzvü Qia Baramidze bildirib.

Jurnalist Qia Baramidzedən Qivi Tarqamadzenin dünənki açıqlamalarına qiymət verməsini istəyib.

“Təbii ki, siz məndən heç bir vətəndaşın dediklərini soruşmamalısınız” – Qia Baramidze bildirib.

“Qivi Tarqamadze hər hansı vətəndaşdır mı? O, sizin keçmiş komanda yoldaşınızdır” sualına, Qia Baramidze cavab verir ki, keçmiş üzv  “Milli Hərəkat” adından danışa bilməz.

Dünən Qivi Tarqamadze medialardan birinin efirində deyib: “Bunları silahlarla qoylamaq lazım gəlsəydi, bunu iki min dəfə edərdik, amma biz ölkənin qayğısına qalırıq”. Tarqamadzenin dediyinə görə, ölkənin xilas olması üçün onlar hər şeyi, o cümlədən şiddətli etirazları etməlidirlər. Eyni zamanda Qivi Tarqamadze qeyd edib: “Mart aksiyası zamanı biz polis avtomobilinin yandırılmasından danışarkən Parisin yarısı yanmışdı və bunda dəhşətli heç nə yoxdur”.