Qəzza sektorunda bəyan edirlər ki, İsrailin raket hücumları nəticəsində həlak olanların sayı 65-ə qədər artıb, 365 nəfər isə, yaralanıb
İsrailin raket hücumları nəticəsində həlak olanların sayı 65-ə qədər artıb, 365 nəfər isə, yaralanıb, – bu barədə məlumat Qəzza sektorunun Səhiyyə Nazirliyi tərəfindən verildi.
Nazirliyin məlumatına görə, həlak olanlar arasında 16 yeniyetmə və beş qadın var.
Xatırladaq ki, İsrail ordusu və Qəzza sektorunda qüvvədə olan radikal qruplaşma arasında raket hücumları mayın 9-dan başladı.
“Hamas” hərəkatının nümayəndələri bəyan etdilər ki, İsrail istiqamətinə yüzlərcə raket atdılar, həmçinin Tel-Avivə, Baer-Şevaya, Aşkelona, Aşdota və digər şəhərlərə.
İsrail iqtidarı isə, bəyan edir ki, “Hamasın” avia-hücumu nəticəsində altı vətəndaş həlak oldu.