Qeyri-hökümət təşkilatlarının bir hissəsinin bizimlə ultimatum dilində danışması qeyri-məqbuldur və onlara mandatlarını aşmamaları üçün müraciət edirik
Qeyri-hökümət təşkilatlarının bir hissəsinin bizimlə ultimatum dilində danışması qeyri-məqbuldur və onlara mandatlarını aşmamaları üçün müraciət edirik

“Qeyri-hökümət təşkilatlarının bizimlə ultimatum dilində danışmaları və boykot edərək, baş prokurorun seçilməsi prosesinin legitimasiyasının şübhə altında qoymaq cəhdi qeyri-məqbuldur” – bu barədə baş nazir Giorgi Kvirikaşvilinin yaydığı bəyanatda deyilir.

Baş nazir bu bəyanatla, Ədliyyə Naziri Tea Tsulukianinin istefasını tələb edən qeyri-hökümət təşkilatlarına səsləndi və onlara müraciət etdi ki, öz fəaliyyətlərinin mandatını aşmasınlar.

“Biz dəfələrlə demişik və yenə bir daha deyirik ki, baş prokurorun seçilməsi prosesində geniş ictimaiyyətin qoşulmasını təmin edəcəyik. Bu da deməkdir ki, bu prosesə akademik dairələrin və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Qeyri-hökümət təşkilatlarının bizimlə ultimatum dilində danışmaları qeyri-məqbuldur, çünki onların bəyanatında məsələnin siyasiləşdirilməsi cəhdi görünür. Ona görə də, onlara müraciət edirəm ki, öz mandatlarının çərçivələrini aşmasınlar və öz qərarlarına daha böyük məsuliyyətlə yanaşsınlar” – deyilir Kvirikaşvilinin bəyanatında.

Xatırladaq ki, 10-a qədər qeyri-hökümət təşkilatı Ədliyyə Naziri Tea Tsulukianinin istefasını tələb edir və əks təqdirdə, baş prokurorun seçilməsi prosesində iştirak etməyəcəklərini bəyan edir.