Cari ilin yay naviqasiya mövsümündə daha iki aviaşirkət Gürcüstan istiqamətində fəaliyyətini bərpa edəcək. Litvanın Getjet və Estoniyanın Smartlynx aviaşirkətləri Vilnüs – Batumi – Vilnius və Tallin – Batumi – Tallin istiqamətində çoxlu çarter reysləri həyata keçirəcəklər. Məlumatı Mülki Aviasiya Agentliyi yayır.
“Getjet hava şirkəti tərəfindən Mülki Aviasiya Agentliyinə təqdim edilmiş müraciətə əsasən, Vilnüslə Batumi arasında reyslər avqustun 30-u da daxil olmaqla həftədə bir tezliklə (bazar ertəsi) Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək. Aviaşirkət bu istiqamətdə ilk uçuşu dünən həyata keçirib. Estoniyanın Smartlynx şirkətinin müraciətinə gəlincə, aviaşirkət Tallin və Batumi arasında , Airbus A320 tipli təyyarə ilə avqustun 5-dən sentyabrın 23-də daxil olmaqla həftədə bir tezliklə (cümə axşamı) çoxlu çarter uçuşları həyata keçirməyi planlaşdırır.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi tərəfindən, cari ilin avqustun 2 -də hər iki aviaşirkətə lazımi istiqamətlərdə fəaliyyət göstərmək üçün icazə verilib. Qeyd etmək lazımdır ki, həm Litva, həm də Estoniya aviaşirkətləri 2019-cu ildə də pandemiyadan əvvəl Batumiyə uçuşlar həyata keçirirdilər “,- deyə agentlikdən bildirilir.