MSX- yanvar-avqust aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 16,8 faiz artıb
Milli Statistika Xidmətinin ilkin məlumatlarına görə, 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi (deklarasiya olunmamış ticarət olmadan) 14 001,1 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 16,8 faiz çoxdur.
2023-cü ilin yanvar-avqust aylarında mənfi ticarət saldosu 5 850,2 mln. ABŞ dolları olub, xarici ticarət dövriyyəsinin 41,8 faizini təşkil edib.