MSX- cari ilin ikinci rübündə Gürcüstanda süd istehsalı artıb, ət istehsalı isə azalıb
Milli Statistika Xidmətinin ilkin məlumatlarına görə, 2023-cü ilin ikinci rübünün sonuna iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 5,6 faiz azalaraq 929,7 min baş təşkil edib.
Onların hesabatlarına görə, inək və camışların ümumi sayı 446,5 min can müəyyən edilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2,0 faiz azdır. Donuzların sayı 161,8 min baş müəyyən edilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 21,2 faiz azdır. Quşların sayı əvvəlki illə müqayisədə 0,6 faiz artaraq 10,9 milyon olub.
MSX-nin ilkin məlumatlarına əsasən, cari ilin ikinci rübündə süd istehsalı 206,0 milyon litr təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 5,6 faiz çoxdur. Milli Statistika Xidmətinin məlumatına görə, ət istehsalı 17,3 min ton təşkil edib, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 8,2 faiz azdır. Hesabat dövründə 161,4 milyon ədəd yumurta istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 5,3 faiz azdır.