Milli Statistika Xidmətinin ilkin hesablamalarına görə, 2023-cü ilin iyul ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 5,5 faiz təşkil edib, 2023-cü ilin 7 ayı üzrə orta göstərici-7,2 faiz müəyyən edilib.
MSX-nin məlumatına görə, 2023-cü ilin iyul ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maliyyə və sığorta fəaliyyəti, tikinti, ticarət, peşə, elmi və texniki fəaliyyət kimi sektorlar artıma əhəmiyyətli töhfə verib.
Emal və mədənçıxarma sənayesi, informasiya və rabitə sektorlarında azalma tendensiyası müşahidə olunub.