"Georgian Wings" Tbilisi-Batumi-Tbilisi istiqamətində müntəzəm uçuşlara başlayır
28 iyul 2023-cü il tarixində “Geosky” aviaşirkətinin sərnişin marşrutu olan “Georgian Wings” Tbilisi Beynəlxalq Hava Limanından Batumiyə ilk sərnişin reysini həyata keçirəcək. 70 nəfər üçün nəzərdə tutulan təyyarə həftədə 12 dəfə sərnişinlərə xidmət göstərəcək.
Bu gündən, iyulun 13-dən aviabiletləri kassalardan və turizm şirkətlərindən, iyulun 15-dən isə rəsmi internet saytı – “Georgianwings.com” vasitəsilə əldə etmək olar.
“Turizm bazarında yüksək tələbat səbəbindən aviaşirkət ilk istiqamət kimi daxili reyslərə diqqət yetirmək və Tbilisi Beynəlxalq Hava Limanından Batumiyə cəmi 55 dəqiqəlik uçuş müddəti ilə gündəlik uçuşlar təklif etmək qərarına gəlib”- aviaşirkətdən bildiriblər.
Tbilisi Beynəlxalq Hava Limanından Batumiyə birbaşa müntəzəm uçuşları yalnız “Georgian Wings” təklif edir.