“Georgian Water and Power” suyun keyfiyyəti haqqında dezinformasiya ilə bağlı prokurorluğa müraciət etdi
“Georgian Water and Power” şirkəti Gürcüstan Prokurorluğuna müraciət etdi.
Şirkətdən verilən məlumata əsasən, içməli suyun keyfiyyəti ilə bağlı yayılan əsassız dezinformasiya şirkətin imicinə xeyli xələl gətirib.
“Suyun keyfiyyəti ilə bağlı oxşar dezinformasiya 2019-cu ildə də baş verib, bu vaxt “Georgian Water and Power” məhkəməyə müraciət etdi və nəticədə yalan məlumat yayanlar ictimaiyyət qarşısında üzr istəməli oldular. Bu dəfə şirkət dezinformasiyanın mənbəyini və məqsədlərini müəyyən etmək və gələcəkdə oxşar hadisənin təkrarlanmaması üçün Gürcüstan Prokurorluğuna müraciət edib” – “Georgian Water and Power” şirkətinin texniki direktoru Zurab Alpaidze bildirib.
“Georgian Water and Power” tam məsuliyyətlə bəyan edir ki, əhaliyə keyfiyyətli içməli su verilir.