Sözügedən hadisə ilə əlaqədar su təchizatı məhdudlaşdırılmış abonentlərin su təchizatı tam şəkildə bərpa olunub-bu haqda “Georgian Water and Power” sosial şəbəkədə yazır.
“Tsitsamuri kəndi yaxınlığında su təchizatının mərkəzi magistral kəmərinin zədələnmiş hissələri tam şəkildə bərpa edilib. Sözügedən hadisə ilə əlaqədar su təchizatı məhdudlaşdırılmış “Georgian Water and Power”in abonentlərinin su təchizatı tam şəkildə bərpa olunub”- deyə şirkətin bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, “Georgian Water and Power”in texniki qrupları iyunun 17-dən 24 saat boyunca Tsitsamuri kəndi yaxınlığında su təchizatının mərkəzi magistral kəmərinin bərpası işlərini həyata keçirirdilər. Aparılan işlər nəticəsində sürüşmə yamacı işlənilib və terrasa çevrilib, magistral kəmərin diaqnostikası başa çatdıqdan sonra kəmərin müvafiq hissələri torpaq örtüyündən təmizlənib və zədələnmiş hissələrin dəyişdirilməsi, eləcə də hər bir yeni birləşmə nöqtəsinin qaynaq keyfiyyətinin ekspertizası işləri aparılıb.