"Georgian Water and Power" şirkətinin baş direktoru - Su kəmərinin təmiri bir neçə gün çəkəcək, eyni zamanda biz abonentlərə suyun alternativ yolla verilməsi üzərində işləyirik
"Georgian Water and Power" şirkətinin baş direktoru - Su kəmərinin təmiri bir neçə gün çəkəcək, eyni zamanda biz abonentlərə suyun alternativ yolla verilməsi üzərində işləyirik

 
Su kəmərinin təmiri bir neçə gün çəkəcək, eyni zamanda biz əhaliyə suyun alternativ yolla verilməsi üzərində işləyirik- bu haqda “Georgian Water and Power” şirkətinin baş direktoru Xose Miqel Santos Qonzales açıqlayıb.

O, şirkətin əməkdaşlarının problemi həll etmək üçün 24 saat boyunca işlədiklərini bildirib.

“Zədələnmiş su kəmərinə çatmaq və onu ən qısa zamanda təmir etmək üçün 3 istiqamətdə 24 saat boyunca işləyirik. Dünən gecə su kəmərinin üstündə olan torpağın çıxarılması işlərinə başladıq. İndi su kəmərinin təmiri üçün bizə daha bir neçə gün lazımdır. Eyni zamanda, abonentləri alternativ borularla su ilə təmin etmək üçün su sisteminin tam istifadəsi üzərində işləyirik. Bütün istifadəçiləri su ilə təmin etmək üçün, sistemimiz nəticəsində 63 000-ə qədər abonenti bir qrafik üzrə – bir neçə saatlığına, səhər təxminən saat 07:00-dan 10:00-dək, 07:00-dan 10:30-a qədər və analoji vaxtda axşam su ilə təmin edə bildik. Sistemimiz vasitəsilə su ilə təmin edə bilmədiyimiz yerləri daşınan su ilə təmin etmək üçün 15 su anbarımız da var”- “Georgian Water and Power” şirkətinin baş direktoru açıqlayıb.