"Georgian Water and Power" - magistral şəbəkənin bərpa işləri altı günə başa çatacaq
"Georgian Water and Power" - magistral şəbəkənin bərpa işləri altı günə başa çatacaq

Magistral şəbəkənin bərpa işləri altı günə başa çatdırılacaq. Bu barədə “Georgian Water and Power” məlumat yayıb.

“İyunun 17-dən Tsitsamuri kəndi yaxınlığında mərkəzi magistral su kəmərinə dəymiş ziyanın bərpası üçün sürüşmənin aradan qaldırılması işi 24 saat aktiv şəkildə aparılır. Artıq sürüşkən yolda yeddinci terras tikilir. Qazıntı işlərinə paralel olaraq yerlərdə boru kəşfiyyatı işləri xüsusi texnologiyalar vasitəsilə aparılır. Torpaq işləri başa çatdıqdan sonra zədələnmiş boru hissəsi yerli qaydada təmir olunacaq”. – deyə şirkətin açıqlamasında bildirilir.