"Georgian Airways" aviaşirkəti Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlara başlayır
"Georgian Airways" aviaşirkəti Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlara başlayır

 

“Georgian Airways” aviaşirkəti Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlara başlayır. Bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayır.

Agentlikdən verilmiş məlumatda aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş müraciətinə uyğun olaraq, uçuşların mayın 20-dən həftədə 7 dəfə həyata keçiriləcəyi deyilir.

Gürcüstanın Mülki Aviasiya Agentliyi uçuşların həyata keçirilməsi üçün zəruri icazəni aviaşirkətə bu gün, cari ilin mayın 16-da verib.