"Georgian Airways" - aviaşirkət Avropa istiqamətlərinə, o cümlədən bütün paytaxt şəhərlərinə, ilk növbədə Brüsselə uçuşların sayını maksimal şəkildə artırmaq qərarını verib
Aviaşirkət Avropa istiqamətlərinə, o cümlədən bütün paytaxt şəhərlərinə, ilk növbədə Brüsselə uçuşların sayını maksimal şəkildə artırmaq qərarını verib-bu barədə “Georgian Airways”in bəyanatında deyilir.
Bundan əlavə, bəyanata əsasən, “Georgian Airways” bu ilin sonundan Dubaya, gələn ilin aprelindən isə Çinə uçuşlara başlayacaq və Hindistan istiqamətləri də nəzərdən keçirilir.
“Georgian Airways”in direktoratı, o cümlədən Tamaz Qaiaşvili də sayılı günlər qalan Aİ-yə namizəd ölkə statusu verilməsindən məmnundur. Bununla əlaqədar olaraq, aviaşirkət Avropa istiqamətlərinə, o cümlədən bütün paytaxt şəhərlərinə, ilk növbədə, Brüsselə uçuşların sayını maksimal şəkildə artırmaq baxımından ölkə üçün strateji əhəmiyyət kəsb edən qərar qəbul edib. Bu il bir çox yeni istiqamətlər əlavə edilib, hərçənd “Georgian Airways” sərnişinlərin diqqətinə gələn ildən Avropaya həftəlik 60-a qədər reys əlavə edəcəyimizi elan edir. Hər bir istiqamətə həftədə ən azı üç reys həyata keçiriləcək.
Bundan əlavə, “Georgian Airways” bu ilin sonundan Dubaya, gələn ilin aprelindən isə Çinə (Pekin, Şanxay, Çenqdu) uçuşlara başlayır. Bu istiqamətlərdə də həftədə ən azı üç reys həyata keçiriləcək. Həmçinin, Dehli və Mumbay kimi Hindistan istiqamətləri nəzərdən keçirilir.
“Georgian Airways” rəhbərliyi əsas prioritetin rahat sərnişin xidmətləri ilə yanaşı uçuşların təhlükəsizliyi olduğunu bildirir. Bəzi şərq istiqamətləri istisna olmaqla, yuxarıda qeyd olunan istiqamətlərə bütün reyslər yalnız gündüz saatlarında həyata keçiriləcək. “Georgian Airways” gələn ildən “Boeing 787 Dreamliner” kimi yeni müasir təyyarələri ölkəyə gətirəcək” – deyə bəyanatda deyilir.