Geoloq - Şiomğvime monastırının yaxınlığında tədqiqat işləri aparılır, yekun nəticə yaxın vaxtlarda veriləcək, indiki mərhələdə heç bir təhlükə yoxdur
Milli Ətraf Mühit Agentliyinin Geologiya Departamentinin nümayəndəsi Ramaz Koberidzenin sözlərinə görə, ötən gün qaya kütləsinin çökdüyü Şiomğvime monastırının yaxınlığında tədqiqat işləri aparılır.
Onun sözlərinə görə, indiki mərhələdə heç bir təhlükə yoxdur.
“Hazırda təhlükə minimaldır. Bu mərhələdə tədqiqat işləri aparılır. Yekun nəticəni yaxın vaxtlarda sizə təqdim edəcəyik. Bu mərhələdə heç bir təhlükə yoxdur, lakin biz monitorinq aparırıq. Dərənin yatağına hərəkət məhdudiyyətləri qoyulmalıdır. Biz bütün qurumlarla tam koordinasiyadayıq. Yaxın bir neçə saat ərzində dərənin təmizlənməsinə başlanmalıdır”, – deyə Ramaz Koberidze bildirib.