“Silknet” şirkətində bəyan edirlər ki, “Geocell”-i alırlar.
Geocell-in aksionerləri olan Telia Company (STO:TELIA) və Turkcell (NYSE: TKC, IST: TCELL) ilə razılaşmaya nail olundu və şirkət üçün ödəniləcək məbləğ 153 milyon ABŞ dolları oldu.
Maliyyələşdirilmə TBC Bankın yardımı və Silknet şirkətinin şəxsi kapitalı ilə həyata keçirildi.
“Ölkənin ən iri operatoru olan “Silknet” və mobil operator “Geocell”-in birləşməsi nəticəsində Gürcüstanda ən genişmiqyaslı telekomunikasiya şirkəti yaranacaq” – deyirlər Silknetin nümayəndələri.
Silknetin nümayəndələrinin dediyinə görə, bu razılaşma 2018-ci ilin aprel ayına qədər gerçəkləşəcək.