Gənclər üçün ödənişli staj qanununun icrasına bu ildən pilot rejimdə başlanılacaq
Gənclər üçün ödənişli staj qanununun icrasına bu ildən pilot rejimdə başlanılacaq

 
Gənclər üçün ödənişli staj qanununun icrasına bu ildən pilot rejimdə başlanılacaq-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze danışıb.

Kobaxidze, ən azı iki-üç min məzunun dövlət strukturlarında ödənişli stajdan keçəcəyini bildirib.

“Bildiyiniz kimi, parlament keçən il gənclərə ödənişli stajdan keçmə imkanının verilməsi haqqında qanun qəbul edib. Qanunun effektiv icrasına ehtiyac var. Qanunun icrasına bu ildən pilot rejimdə başlanılacaq. Bu il ən azı iki-üç min ali məktəb məzununun dövlət strukturlarında ən azı dörd aylıq ödənişli stajdan keçməsini təmin etməliyik. Bundan əlavə, munisipalitetlər və özəl sektorla əməkdaşlıq əsasında gənclərə munisipal və özəl strukturlarda da ödənişli stajdan keçmək imkanı verməliyik. Təhsil nazirindən xahiş edərdim ki, maliyyə naziri ilə razılaşdırmaqla hökumətin növbəti iclası üçün gənclərin, məzunların həm dövlət strukturlarında, həm də munisipalitetlərdə, eləcə də əməkdaşlıq əsasında özəl sektorda ödənişli stajdan keçəcəkləri haqqında müfəssəl plan təqdim etsin” – deyə İrakli Kobaxidze açıqlayıb.