Genişmiqyaslı etiraz dalğası fonunda Banqladeşin Baş naziri vəzifəsindən istefa verib
Genişmiqyaslı etiraz dalğası fonunda Banqladeşin Baş naziri vəzifəsindən istefa verib

 
Genişmiqyaslı etiraz dalğası fonunda Banqladeşin Baş naziri Şeyx Hasina vəzifəsindən istefa verib. Yayılmış məlumata əsasən, ölkənin paytaxtı Dəkkədə etiraz aksiyasının iştirakçıları baş nazirin iqamətgahına basqın ediblər.

Qərb media vasitələri Şeyx Hasinanın Banqladeşi tərk etdiyini yazırlar.

Avqustun 4-də etiraz aksiyasının iştirakçıları və polis arasında toqquşmalar nəticəsində azı 90 nəfər həlak olub. Qurbanlar arasında 13 polis var.

Banqladeşdə etiraz aksiyaları iyuldan davam edir. Nümayişçilər dövlət qulluğunda kvota sisteminin ləğvini tələb edirlər. Banqladeşdə iyul ayından sonra iğtişaşlarda azı 290 nəfər həlak olub.

Şeyx Hasina 2009-cu ildən Banqladeş hökumətini idarə edirdi.