General-leytenant Qiorqi Matiaşvili Bakıda Azərbaycanlı həmkarı Kərim Vəliyevlə görüşüb
Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Qiorqi Matiaşvili işgüzar səfərlə Azərbaycan Respublikasında olub. Ona azərbaycanlı həmkarı, general-polkovnik Kərim Vəliyev ev sahibliyi edib. Rəsmi qarşılanma mərasimi Azərbaycan Müdafiə Nazirliyində keçirilib.
Həmkarı ilə görüşdən əvvəl Qiorqi Matiaşvilini nümayəndə heyətinin üzvləri ilə birlikdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov qəbul edib. Tərəflər ölkələr arasında mövcud olan strateji tərəfdaşlığın möhkəm əlaqələrin formalaşmasına və regionda sabitliyin gücləndirilməsinə töhfə verdiyini vurğulayıblar. Görüşdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinə toxunulub. Generallar ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan tədbirləri müzakirə ediblər.
Görüşlərin əsas mövzularından biri Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı olub. Tərəflər müdafiə sahəsində regional tərəfdaşlığa, birgə təlim və məşqlərə, həmçinin ölkələr arasında qarşılıqlı fəaliyyət uyğunluğu daha da artıran ekspert görüşlərinə diqqət yetiriblər.
Müdafiə Nazirliyi məlumat yayır.