General Ben Hoces - Gürcüstan hərşey etməlidir ki, özünü Rusiyadan müdafiyə edə bilsin
Gürcüstan özünü müdafiyə etmək üçün əlindən gələni etməlidir və Qara Dənizdə müttəfiqləri ilə əməkdaşlığa davam etməlidir, – bu bəyanatı general-leytenant Ben Hoces 2008-ci ilin müharibəsinin 10 illiyi ilə bağlı “Amerikanın səsi”-nə müsahibə zamanı verdi.
Ben Hoces Avropada Amerikan əsgərinin başçısı idi. Hoces bəyan edir ki, Rusiyanın Gürcüstana hücüm etməsi onun necə bir ölkə olduğunun nümunəsidir və qərb də bunu unutmamalıdır.
“Biz hazırda Rusiya ilə ehtimal edilən münaqişə qarşısındayıq. Bu münaqişə müxtəlif formalarla bəlli edilə bilər – kinetik, kiber-məkanda, bizim institutlara hücüm və sairə. 2016-cı ildəki seçkilərimizdə nələrin baş verdiyini bilirsiniz və bütün bunlar Rusiyanın təzyiqi idi.
Gözümüzü böyük açmalıyıq, çünki söhbət İsveçrə haqqında deyil, Rusiya haqqında gedir. Hamımız təhlükə altındayıq və cavaba hazır olmalıyıq. Gürcüstan da əlindən gələni etməlidir ki, özünü Rusiyadan müdafiyə edə bilsin. Əgər ölkə daxilində korrupsiya baş alıb getsə, xalq iqtidara etimad etməsə, medya üçün maneələr yaradılırsa və liberal demokratiyanın əsas prinsipləri işləmirsə, Rusiya bunlardan istifadə edəcək” – dedi Hoces.