Genadi Arveladze Monteneqronun Avropa inteqrasiyası məsələləri üzrə dövlət katibi ilə görüşdü
Genadi Arveladze Monteneqronun Avropa inteqrasiyası məsələləri üzrə dövlət katibi ilə görüşdü

İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini, Genadi Arveladze Gürcüstanda işgüzar səfərdə olan Monteneqronun Avropaya inteqrasiya üzrə dövlət katibi, Aleksandras Maşkoviç ilə görüşdü.

Görüşdə Avropaya inteqrasiya baxımından Gürcüstan və Monteneqronun təcrübə və biliklərinin mübadiləsinə dair müzakirələr aparıldı.

Nazir müavini, Genadi Arveladze Gürcüstanın Avropaya inteqrasiya istiqamətində irəliləyişini vurğuladı. Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqı ilə assosiasiya sazişinin üzərinə götürdüyü öhdəliklərin böyük bir hissəsini yerinə yetirib. Gürcüstanın Avropa İttifaqı bazarına inteqrasiya istiqamətində atdığı addımlar xüsusilə vurğulandı.

Öz növbəsində Monteneqronun dövlət katibi gürcü həmkarı ilə Monteneqronun Avropa İttifaqına inteqrasiya dinamikası haqqında məlumat paylaşdı.

Görüşdə, həmçinin gələcəkdə Avropaya inteqrasiya istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi və iki ölkənin idarələri arasında əlaqələrin dərinləşdirilməsi barədə danışıldı.

Genadi Arveladze və Aleksandr Maşkoviç iki ölkə arasında Avropaya inteqrasiya istiqamətində həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də institusional mexanizmlərin və qanunvericilik təşəbbüslərinin tətbiqi və ayrı-ayrı dövlət idarələri arasında təcrübə mübadiləsinin aparılması barədə razılığa gəldilər.