Genadi Arveladze Almaniyanın Hessen federal torpağının naziri ilə görüşdü
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini, Genadi Arveladze Almaniyanın Hessen federal torpağının federasiya və Avropa məsələləri üzrə naziri, Lutsiya Putriç ilə görüşdü.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstan və Almaniya arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olundu.
“Gürcüstanın Avroatlantik strukturlara qoşulmaq cəhdi və Almaniyanın bu istiqamətdə dəstəyi xüsusi ilə qeyd olundu. Bildirildi ki, Gürcüstan Avropa İttifaqı ilə iqtisadi yaxınlaşma yolunda islahatları uğurla həyata keçirir”, – İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.