Gəlirlər Xidmətinin Sarpi gömrük zabitləri külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsi faktının qarşısını alıblar
Gəlirlər Xidmətinin Sarpi gömrük zabitləri külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsi faktının qarşısını alıblar

 
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri Gürcüstanın Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşlarının iştirakı ilə “Sarpi” gömrük-keçid məntəqəsində birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin, “kokain”in Gürcüstan ərazisinə qanunsuz gətirilməsinə cəhd faktının qarşısını alıblar.

Belə ki, Türkiyə vətəndaşı, E.İ. “Sarpi” gömrük-keçid məntəqəsinin nəzarət bölgəsinə daxil olub, şübhə əsasında adıçəkilən vətəndaşın üzərində və yükünə baxış nəticəsində bir bağlamaya yığılmış 100,22 qram “kokain” aşkar edilib.

İşin materialları əlavə cavab verilməsi üçün Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq bölməsinə təhvil verilib.

Məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayır.